“Domodedovo”da ölən 25 nəfərin şəxsiyyəti müəyyənləşib
“Domodedovo” aeroportunda baş verən terror aktında ölənlərin 25-nin şəxsiyyəti artıq müəyyənləşib, 10 nəfərin isə şəxsiyyətini hələ müəyyənləşdirmək mümkün olmayıb.
Lent.az-ın verdiyi məlumata görə, “Komsomolskaya Pravda” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən şəxsiyyəti müəyyənləşdirilən 25 nəfərin 6-nın xarici ölkə vətəndaşı olduğunu yazıb.
Bunların arasında 2 nəfər Böyük Britaniya, 1 nəfər Almaniya, 1 nəfər Tacikistan, 1 nəfər Özbəkistan və 1 nəfər Qırğızıstan vətəndaşı var. Şəxsiyyəti müəyyənləşdirilənlərin 19 nəfəri isə Rusiya vətəndaşıdır.
Rusiya Fövqəladə Hallar Nazirliyi isə rəsmi olaraq hələ vəfat edənlərin 18 nəfərinin şəxsiyyətinin müəyyənləşdiyini bildirib.
Tacikistan Daxili İşlər Nazirliyi isə aeroportda baş verən partlayışda 12 nəfər Tacikistan vətəndaşının yaralandığını, 2 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Qeyd edək ki, dünən “Domodedovo” aeroportunda törədilən terror aktında 35 nəfər həyatını itirib, 180 nəfərə qədər insan yaralanıb.

423