“Domodedovo”dakı partlayışda “qafqazlı izi” tapıldı
Moskvanın “Domodedovo” hava limanındakı partlayışı Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin üzvlərinin həyata keçirdiyi güman edilir. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu güc strukturlarındakı mənbə bildirib.
Mənbə qeyd edib ki, partlayışı həyata keçirən terrorçu-kamikadze xarici görünüşünə görə Şimali Qafqaz regionunda yaşayan xalqların nümayəndəsinə bənzəyir.
Xatırladaq ki, “Domodedovo” aeroportunda terror aktında əli olduğu güman edilən 3 nəfər barəsində axtarış elan edilib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Mənbə deyib ki, həmin şəxslər bir müddət Moskvada yaşayıblar.
Agentliyin müsahibi onu da qeyd edib ki, partlayışın gücü ən azı 7 kiloqram trotilə bərabər olub. Partlayış yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 17:30) törədilib. Son məlumatlarda 31 nəfərin öldüyü, 131 nəfərin isə yaralandığı bildirilir.
Partlayışı terrorçu-kamikadze həyata keçirib. O, hava limanına gələnləri qarşılayanlar arasında olub. Partlayıcı qurğu terrorçunun bədəninə quraşdırılıb. Onun içi metal əşyalarla dolu olub.
Rusiya prezidenti Dmitri Medvedev hadisədən dərhal sonra Kremldə keçirilən iclas zamanı ölkənin bütün hava limanlarında və nəqliyyat qovşaqlarında xüsusi təhlükəsizlik rejimi tətbiq etməyi tələb edib. O, bununla bağlı daxili işlər naziri Rəşid Nurqaliyev və nəqliyyat naziri İqor Levitinə göstəriş verib.
Federal Təhlükəsizlik Xidmətinin isə terrorçu-kamikadze barəsində informasiyası olub. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, terrorçunu “Domodedovo” hava limanında deyil, Zelenoqradda axtarırlarmış.

508