Ermənistandakı AES-də sızma olduğu şübhəsi yaranıb
Türkiyə sərhədləri yaxınlığında yerləşən Ermənistanın Metsamor Atom Elektrik Stansiyasında (AES) radiasiya sızması olmasından şübhələnir. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Çekmece Nüvə Araşdırma və Təlim Mərkəzi ilə Ərzurum Atatürk Universitetinin fizika fakültəsi tərəfindən Iğdır, Ağrı, Muş, Tunceli, Hakkari və Şırnakda radiasiya ölçmələri aparılmağa başlanılıb.
Professor Neslihan Ekinci deyib ki, araşdırmaya İğdırdan başlayıblar. Yanvarın 13-də İğdır şəhərinin müxtəlif yerlərində radiasiya ölçmə cihazları yerləşdirilib. Məqsəd İğdırın radiasiya xəritəsinin çıxarmaqdır. Mütəxəssislər son zamanlar artan ağciyər xərçənginin səbəbinin də radiasiya olduğunu güman edirlər. Ölçmə işləri 60 gün davam edəcək. İğdırda torpaq və su nümunələri də analizdən keçiriləcək.
Professor Mikdat Kadıoğlu isə bildirib ki, ölçmə işləri nəticəsində radiasiyanın səviyyəsi üzə çıxacaq, Metsamor AES-də sızıntının aşkarlanması isə meteoroloji analizlə mümkün olacaq: “Əgər radiasiya səviyyəsi artıbsa, deməli, iş işdən keçib və nüvə sızıntısı baş verib. İşimiz bölgədəki insanların bu radiasiyadan daha az zərər görməsi istiqamətində qurulacaq”.

Oxşar yazılar

Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28
İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56