“Domodedovo” aeroportunda partlayışla bağlı 3 nəfər axtarılır
“Domodedovo” aeroportunda terror aktında əli olduğu güman edilən 3 nəfər barəsində axtarış elan edilib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Mənbə deyib ki, həmin şəxslər bir müddət Moskvada yaşayıblar.
Agentliyin müsahibi onu da qeyd edib ki, partlayışın gücü ən azı 7 kiloqram trotilə bərabər olub. Partlayış yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 17:30) törədilib. Son məlumatlarda 31 nəfərin öldüyü, 131 nəfərin isə yaralandığı bildirilir.
Partlayışı terrorçu-kamikadze həyata keçirib. O, hava limanına gələnləri qarşılayanlar arasında olub. Partlayıcı qurğu terrorçunun bədəninə quraşdırılıb. Onun içi metal əşyalarla dolu olub.
Rusiya prezidenti Dmitri Medvedev hadisədən dərhal sonra Kremldə keçirilən iclas zamanı ölkənin bütün hava limanlarında və nəqliyyat qovşaqlarında xüsusi təhlükəsizlik rejimi tətbiq etməyi tələb edib. O, bununla bağlı daxili işlər naziri Rəşid Nurqaliyev və nəqliyyat naziri İqor Levitinə göstəriş verib.
Federal Təhlükəsizlik Xidmətinin isə terrorçu-kamikadze barəsində informasiyası olub. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, terrorçunu “Domodedovo” hava limanında deyil, Zelenoqradda axtarırlarmış.

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14