Fitnesin “xaç atası” öldü
24 yanvar 2011 23:31 (UTC +04:00)

Fitnesin “xaç atası” öldü

Lent.az-ın “San Francisco Chronicle” qəzetinə istinadən verdiyi məlumata görə, sağlam həyat tərzi üzrə mütəxəssis sətəlcəm olub və hava çatışmazlığından 96 yaşında həyatını itirib.

Fransız emiqrant ailəsində anadan olan Cek Laleynin karyerası 1936-cı Kaliforniya ştatının Oklend şəhərində fitnes klub açdığı vaxtdan başlayıb. O, həmvətənlərini idmanla məşğul olmağa, düzgün qidalanmağa və səhhətlərini qorumağa çağırıb. Az sonra Cek Laleyn sağlam həyat tərzinin təbliği ilə bağlı teleşou aparmağa başlayıb.

Cek Laleyn 42 yaşında əllə bədənini qaldırıb endirmək üzrə rekord müəyyənləşdirib və Ginnesin Rekordlar Kitabına düşüb. O, bir neçə kilometr üzməyi, qayıq çəkməyi də bacarıb. Cek Laleyn bodibildinq və yarış növlərinə daxil olmayan idman sahələrində çoxlu mükafatlara layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar