Əfqanıstan rəsmiləri yanacaq problemini Tehranda müzakirə edəcək
Əfqanıstan prezidenti Həmid Kərzay İslam Respublikasının ölkəsindəki səfiri Fədahüseyn Maliklə Kabildəki görüşüb. Lent.az-ın “İSNA”ya istinadən məlumatına görə, o, İran prezidenti Mahmud Əhmədinejada çatacaq məktubu səfirə təqdim edərkən bildirib ki, Əfqanıstan İrana sifariş edilən yanacağı alacağına ümid edir.
Həmid Kərzayın dəvəti ilə keçirilən görüşdə ikitərəfli iqtisadi-ticarət münasibətlərin yüksəldilməsi və yanacağa dair problemlər müzakirə edilib.
F.Malik Əfqanıstanın iqtisadi-ticarət, sənaye sahələri üzrə nazirləri və onların müavinləri, eləcə də bu ölkənin iş adamlarının yancaq problemini müzakirə etmək məqsədi üçün Tehrana səfər etməsi ilə bağlı Həmid Kərzayın razılığını alıb.
Əfqanıstan Ticarət Palatası yanacaq probleminə görə İranla iqtisadi-ticarət əlaqəsini kəsdiklərini bildirmişdi. Ölkənin ticarət və sənaye naziri isə qeyd edib ki, Ticarət Palatasının belə qərar qəbul etmək səlahiyyəti yoxdur.
Xatırladaq ki, “svobodanews”in yaydığı məlumatda bildirilmişdi ki, Əfqanıstan hökuməti İran mallarına sanksiya qoyub. Bu qərar İranın Əfqanıstana yanacaq daşıyan tankerlərin hərəkətini məhdudlaşdırmasına cavab olaraq yanvarın 18-də qəbul edilib.
İran hökuməti bir aya yaxındır ki, ölkə ərazisindən tranzit xətti ilə İraq və Türkmənistan benzinini Əfqanıstana daşıyan 2500 tankerin hərəkətinə məhdudiyyət qoyub. İran rəsmiləri bunu həmin yanacağın NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinin ixtiyarına veriləcəyindən ehtiyatlanmaları ilə izah edirdilər.
Əfqanıstanın Ticarət və Sənaye Palatasının rəhbəri Qurbanəli Həqcu jurnalistlərə açıqlamasında deyib ki, hökumət İrandan idxalı dayandırıb, minlərlə əfqan taciri isə İranla ticarət əlaqələrini kəsib: “İrandan idxal etdiyimiz məhsulların çoxunu özümüz də istehsal etmək gücündəyik. Tehranın qoyduğu qadağalar davam etsə də, Allah qoysa, bu şərin sonu xeyrimizə qurtaracaq. Çünki bu, daxili istehsala daha artıq diqqət yetirməyimizə, öz imkanlarımıza arxalanaraq ölkə daxilindəki istehsalı inkişaf etdirməyimizə səbəb olacaq”.
Bu qərardan sonra Tehran hakimiyyəti təsdiq edib ki, Əfqanıstanla sərhəddə yanacaqla dolu 160 yük maşını 2010-cu ilin dekabrında saxlanılıb və onun İrandan çıxmasına qadağa qoyulub.
Əfqanıstan rəsmiləri isə bildirib ki, İranla sərhəddə 1500 yük maşını saxlanılıb və onların az bir qisminə İslam Respublikasını tərk etməyə icazə verilib.
Sədrəddin Soltan

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14