İsrail “Mavi Mərmərə” hesabatının birinci hissəsini açıqladı
İsraildə yaradılmış komissiya keçən ilin mayında “Mavi Mərmərə” gəmisinin də daxil olduğu “Azadlıq donanması”na hücumla bağlı hazırladığı hesabatın birinci hissəsini açıqlayıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, hesabatda donanmaya hücuma hazırlıq prosesi tənqid olunur, ancaq İsrail hökuməti, hərbi rəhbərliyi və ayrı-ayrı hərbçilər ittiham edilmir.
Komissiya Qəzza sektorunun İsrail tərəfindən blokadasına da bəraət qazandırır. Hesabatda qeyd olunur ki, “Azadlıq donanması”nın blokadanı yarmaq cəhdi və İsrail limanlarında yüklərə baxılmasından imtina olunması qarşılığında İsrail sahil mühafizə qüvvələrinin yeganə çıxış yolu qalıb. Sənəddə “Mavi Mərmərə” gəmisində 9 türkün ölümü ilə bağlı məsələyə geniş yer ayrılıb: “İsrail hərbçiləri gəmiyə enməyə cəhd göstəriblər, ancaq gəmidəki şəxslər hərbçiləri dəmir çubuqlarla və silahlarla qarışlayıblar: İsrail hərbçiləri atəş açıb və “Mavi Mərmərə” gəmisində 9 nəfər həlak olub”
Türkiyə hökuməti isə İsrail komissiyasının hesabatını “dəhşətli və kədərli” adlandırıb. Türkiyə beynəlxalq sularda “Azadlıq donanması”na və “Mavi Mərmərə” gəmisinə İsrail hərbçilərinin hücumunu qanunsuz sayır.

Oxşar yazılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28