“Qanuni oğru”nu ailəsilə birgə məhv etdilər
Rusiyanın Stavropol şəhərində qanlı dram baş verib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər “Xan” ləqəbli “qanuni oğru” və onun ailə üzvlərini qətlə yetiriblər.
Şəhərdəki şəxsi evlərdən birinin qarajında 8 nəfərin cəsədi tapılıb. Onların hamısı odlu silahdan açılan atəşlə öldürülüb. Artıq məlumdur ki, öldürülənlər “Xan” ləqəbli kriminal avtoritet Vladimir Slizayev, onunla birgə yaşayan qadın, qızı, kürəkəni, oğulluğu, eləcə də “qanuni oğru”nun evində işləyən 3 xidmətçidir. Hüquq mühafizə orqanları evə baxış keçirən zaman “Xan”ın 8 yaşlı və 1 aylıq oğlan nəvələrini tapıblar. Onların hər ikisi sağdır. Hazırda 8 yaşlı uşaq istintaqa gördükləri barədə məlumat verir.
Bəzi məlumatlara görə, 60 yaşlı Vladimir Slizayev “Qladiator” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri olub. Əvvəllər Stavropolda kriminal aləmin “nəzarətçisi” kimi fəaliyyət göstərib. “Xan” kriminal dünyanın kassasındakı pulları düzgün istifadə etmədiyinə görə “oğru yığıncağında” “nəzarətçilikdən” uzaqlaşdırılıb. 2006-cı ildə ona sui-qəsd təşkil edilib. Nəticədə “Xan” yaralanıb, onun qanuni həyat yoldaşı isə öldürülüb.

973