Obama yenidən prezident olmaq qərarı verdi
Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Ağ Evin sözcüsü Robert Qibbs bildirib ki, yaxın vaxtlarda Barak Obamanın prezidentliyə namizədliyini irəli sürmək üçün lazım olan bütün sənədləri hazırlayaraq Federal Seçki Komissiyasına göndərəcək.
Robert Qibbs deyib ki, sənədlərin təqdim olunduğu vaxtdan başlayaraq seçki kampaniyasının start götürdüyünü demək olar. O, Barak Obamanın seçki qərargahının Çikaqoda yerləşəcəyini söyləyib. Yanvarın sonunda Robert Qibbs, Barak Obamanın məsləhətçisi Devid Akselrod və Ağ Ev Administrasiyasının rəhbərinin müavini Cim Messina Çikaqoya yola düşəcək. Qərargaha Ağ Ev administrasiya rəhbərinin müavini Cim Messina rəhbərlik edəcək.
Demokratlar seçki kampaniyasında əsas arqument olaraq mübahisəli səhiyyə islahatları, ABŞ qoşunlarının İraqdan çıxarılması, Əfqanıstanda hərbi missiyanın davam etdirilməsi və Barak Obama administrasiyasının ümumdünya iqtisadi böhranı dövründə atdığı addımları qabartmaq niyyətindədir.
Respublikaçıların əsas əks-arqumentləri isə sosial islahatların uğursuzluğunu vurğulamaq və işsizliyin yüksək səviyyəsi ilə bağlı olacaq. Onlar Barak Obamanı dövlət vəsaitini israf etməkdə günahlandırmağa da hazırlaşırlar.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36