Şimon Peresin arvadı öldü
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Sonya Peres 87 yaşında həyatını itirib.
Sonya Peres Ukraynada anadan olub, sonradan ailəsi ilə birlikdə İsrailə köçüb. 1940-cı illərdə Ben-Şemen qəsəbəsində məktəbdə oxuyarkən gələcək əri Şimon Pereslə tanış olub. Məktəbi bitirdikdən sonra könüllü olaraq Böyük Britaniya ordusunda yəhudi qadın bölüyünə daxil olub, yük maşınının sürücü işləyib, sonralar döyüşlərdə də iştirak edib.
Sonya Peres Fələstinə qayıtdıqdan sonra 1 may 1945-ci ildə Şimon Pereslə ailə qurub. Qısa müddət sonra Şimon Peres müdafiə naziri təyin olunub. Ailə yeni dünyaya gələn Tsvikya adlı qızları ilə Təl-Əvivə köçüb. Təl-Əvivdə onların Xem və Yon adlı oğlan övladları dünyaya göz açıblar.
Şimon Peres İsrail prezidenti seçildikdən sonra 2007-ci ildə Qüdsdəki prezident sarayına köçüb. Ancaq Sonya Peres onunla Qüdsə köçməkdən imtina edib və Təl-Əvivdə yaşamağa davam edib. Ancaq cütlüyün münasibətlərində hər hansı dəyişiklik olmayıb. Şimon Peres həmişə Sonyanı həyatının yeganə məhəbbəti adlandırıb.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36