Fələstin BMT-yə İsraillə bağlı layihə təqdim edib
Fələstin hökuməti İsrailin işğal altındakı torpaqlarda yəhudi yaşayış məskənləri inşa etməsinə mane olmaq üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Təhlükəsizlik Şurasına təqdim edilən qətnamə layihəsində yəhudi yaşayış məskənlərinin qanunsuz elan edilməsi tələb olunub.
Fələstin hökumətinin rəhbərliyi altında hazırlanan layihədə qeyd olunur ki, 1967-ci ildən bəri işğal edilən Fələstin torpaqlarında salınan, Şərqi Qüds də daxil olmaqla bütün yəhudi yaşayış məskənləri qanunsuzdur və daimi sülhün təmin olunmasının qarşısındakı ən böyük əngəldir. Bundan əlavə, sənəddə İsrailin ən qısa zamanda bütün yaşayış məskənlərinin tikintisini dayandırması tələb olunur.
Layihəyə Türkiyə də daxil olmaqla, 120-yə yaxın ölkə dəstək verib. ABŞ isə sənədin gündəliyə salınmasına belə qarşı çıxıb. Vaşinqton yaşayış məskənləri məsələsinin müzakirələrlə həll oluna biləcəyini, bunun üçün Təhlükəsizlik Şurasında səsverməyə ehtiyac olmadığını bildirib və qətnaməyə veto qoyacağına dair mesaj verib.
Təhlükəsizlik Şurasının digər 14 üzvü isə qətnaməyə dəstək verib.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36