İran İKT-nin toplantısına iki gün sonra qatıldı
20 yanvar 2011 14:02 (UTC +04:00)

İran İKT-nin toplantısına iki gün sonra qatıldı

Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, İran parlamentinin sədri Əli Laricani 45 nəfərlik nümayəndə heyəti ilə bu toplantıda iştirak etmək üçün Əbu-Dabiyə yola düşüb.

İslam Respublikası təmsilçilərinin tədbirə qatılması müəyyən mənada gözlənilməz olub. Çünki toplantı başlamazdan bir gün əvvəl İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının təmsilçisi Kazım Cəlili BƏƏ-yə etiraz olaraq, Əbu-Dabidəki toplantıda iştirak etməyəcəklərini bəyan etmişdi. O demişdi ki, konfransın gerçək siyasi-hüquqi əsası yoxdur: «Təşkilatın Parlament Assambleyası icraiyyə komitəsinin konfransı hər iki ildən bir, qurultayı isə hər il keçirilir. Şuraya Əmirlik başçılıq etdiyindən icraiyyə komitəsinin toplantısı ikinci dəfədir keçirilir. Bu isə qanunsuzdur».

Parlament nümayəndəsi bildirib ki, İKT-nin bu yığıncağı BƏƏ-də deyil, İndoneziyada keçirilməli idi. «Əmirlikdə adətən qurumun nizamnaməsində dəyişiklik etmək məqsədi ilə fövqəladə sessiya keçirilir. Əbu-Dabi konfransında istənilən qətnaməyə əməl etmək bizim üçün qəbuledilməzdir».

Xəbərlərə əsasən, Tehran hakimiyyəti körfəzdəki üç adanın – Böyük Tomb, Kiçik Tomb və Əbu Mussa adaları ilə bağlı məsələnin müzakirə ediləcəyini ehtimal etdiyinə görə yığıncaq başlanğıcdan qatılmayıb.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliyi adı çəkilən adaların İran tərəfindən işğal edildiyini bildirir. Tehran isə bu torpaqların İrana məxsus olduğunu iddia etməkdədir.

Müşaihədçilərə görə, Tehran hakimiyyəti İslam Konfransı Təşkilatı kimi nüfuzlu bir qurumun kürsüsündən istifadə etməməyin yersiz olduğunu sonradan başa düşüb və buna görə də, hikkəsindən əl çəkməyi qərara əl alıb.

İran parlamentinin sədri yığıncaqdakı çıxışı ilə bütün dünyanı, eləcə də müsəlman və ərəb dünyasını ittiham edib. Əli Laricani çıxışında Qərbi, özəlliklə İsrail və ABŞ-ı dəfələrlə mühakimə edərək, onları «müsəlman dünyasına qarşı işbirliyi»ndə suçlayıb. Örnək kimi o, iki iranlı atom aliminin qətlini göstərib. Laricani bu olayı «beynəlxalq terror aktı» adlandırıb.

İran parlamentinin sədri Livanın qətlə yetirilmiş baş naziri Rafiq Həririnin öldürülməsi ilə bağlı cinayət işini araşdıran BMT-nin özəl tribunalını da «lənətləyib». Onun sözlərinə görə, bu qətlin «rejissoru sionist qurumlarıdır».

Yeri gəlmişkən, prokuror Daniel Belmar tərəfindən irəli sürülən ittihama əsasən, keçmiş baş naziri «Hizbullah» qurupunun üzvləri planlaşdıraraq, həyata keçirib və qətlin «sifariş»ini 2005-ci ilin fevralında İranın ali rəhbəri ayətullah Xamneyi verib. «Sifariş»çi olduğuna görə, ona qarşı da ittiham irəli sürülüb.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar