Çin Rusiya və Ukraynanı aldadaraq hərbi gəmi alıb
Lent.az-ın məlumatına görə, bir müddət əvvəl Pekin Rusiyadan inventardan yenicə çıxarılmış təyyarədaşıyan bir gəmini «üzərində əyləncə mərkəzinin yaradılması» adı ilə satın alıb. Rusiya tərəfi isə aldandığını bu günlərdə başa düşüb.
Məlumatlara görə, gəmi 2015-ci ilin sonlarında Hərbi Dəniz Qüvvələrinin sıralarında olacaq. Artıq Çin gəminin naviqasiya sistemləri və silah platformalarını hazırlamaqdadır.
«Asian Kanwa» hərbi jurnalının yazdığına görə, Çin 2008-ci ildə Ukraynadan eyni formada, mülki təyinatlı işlərdə istifadə olunacağı adı ilə keçmiş «Varyaq» adlı təyyarədaşıyan gəmini satın alıb (20 milyon dollara). Hərbi gəmilərin boğazlardan keçməsinə icazə verməyən Türkiyə isə mülki təyinatla istifadə olunacağına dair Çinin vədindən sonra həmin gəmini ərazisindən keçməsinə icazə verib. Çin isə Boğazlar Anlaşmasını pozaraq ölkəyə gətirildikdən sonra «Varyaq» bərpa edilərək «Shi Lang» adı ilə yenidən döyüşə hazır vəziyyətə gətirib. Hərbi analitiklər bu gəminin Çin donanmasının əsas təyyarədaşıyanı ola biləcəyini düşünürlər.
Bununla da Çin dünyada təyyarədaşıyan gəmiyə malik doqquzuncu ölkə olma iddiasını reallaşdırmağa yaxınlaşıb.
Rəşad

Oxşar yazılar

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16