Restoranda şir ətindən hazırlanan yemək veriləcək!
20 yanvar 2011 13:22 (UTC +04:00)

Restoranda şir ətindən hazırlanan yemək veriləcək!

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, restoran fevralın 16-dan şir ətindən hazırlanan “tako” adlı ekzotik yeməyin sifarişlərini qəbul etməyə başlayacağını açıqlayıb.

“Boca Tacos y Tequila” restoranın müştəriləri indidən “tako” ilə bağlı sifarişlərinin qeydiyyata alınmasına çalışırlar.

Qeyd edək ki, indiyə qədər bu restoranda piton, timsah, kenquru, kobra və tısbağa ətindən “tako” hazırlanıb və 3-4 dollara müştərilərə təqdim olunub. Aslan ətindən hazırlanan “tako” isə bir qədər baha - 9 dollar olacaq.

ABŞ Ərzaq və Dərman İdarəsi nəsli tükənmə təhlükəsi olmadığı halda vəhşi heyvanların ətlərindən restoranlarda istifadə edilməsinə icazə verir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar