Kot-d-İvuarın seçkilərdə uduzan prezidenti kreslodan əl çəkmir
20 yanvar 2011 12:10 (UTC +04:00)

Kot-d-İvuarın seçkilərdə uduzan prezidenti kreslodan əl çəkmir

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Raila Odinqa Kot-d-İvuarda noyabr ayında keçirilən prezident seçkilərində uduzmasına baxmayaraq, vəzifədən getməyən keçmiş prezident Loran Qbaqbonun vədlərini yerinə yetirmədiyini söyləyib.

Prezident seçkilərinin qalibi Alassan Ottara ilə də görüşən Raila Odinqa onun Abicanda qaldığı hotelin ətrafındakı mühasirənin də verilən vədə baxmayaraq qaldırılmadığını qeyd edib. Keniyanın baş naziri Alassan Ottaranın yeni hökumətdə Loran Qbaqbo tərəfdarlarına müəyyən sayda nazirlik verilməsini qəbul etdiyini bildirib.

Raila Odinqa Kot-d-İvuarda sülh yolu ilə uzlaşmaya nail olunması üçün vaxtın tükənməkdə olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778

Oxşar yazılar