“Quran”ı yandırmaq istəyəni Britaniyaya buraxmayacaqlar
20 yanvar 2011 10:55 (UTC +04:00)

“Quran”ı yandırmaq istəyəni Britaniyaya buraxmayacaqlar

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, keşişi Böyük Britaniyaya müsəlmanların ölkəyə miqrasiyasının məhdudlaşdırılmasını istəyən “İngiltərə-Bizim” təşkilatı dəvət edib.

Digər ictimai təşkilatlar isə Terri Consun Böyük Britaniyaya buraxılmamasını tələb ediblər. Böyük Britaniya hökuməti də keşişin ölkəyə buraxılmaması barədə qərar verib.

Qeyd edək ki, Terri Cons keçən il 11 sentyabrda ABŞ-da törədilən terror aktının 9-cu ildönümündə “Quran”ı yandıracağını bildirmişdi. Lakin sonradan o, bu fikrindən daşındı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar