Əcaib duel
19 yanvar 2011 21:30 (UTC +04:00)

Əcaib duel

Novosibirsk Qarnizon Məhkəməsi Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk Hərbi İnstitutunun 24 yaşlı kursantı Mixail Fomini 7 il azadlıqdan məhrum edib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, o, 2010-cu il iyunun 2-də sevgilisinin 49 yaşlı ərini qısqanclıq zəminində öldürməkdə günahlandırılır.

Mixail Fomin isə günahını boynuna almır, özünü müdafiə etdiyini iddia edir.

İstintaq zamanı məlum olub ki, kursant öldürülən şəxsin həyat yoldaşı ilə sevgi romanı yaşayıb. Son nəticədə onların uşaqları da dünyaya gəlib. Bundan sonra Mixail Fomin qərara gəlib ki, nəinki uşağa, qadına da yiyələnmək hüququna malikdir. O, qadının həqiqi ərinin yanına gəlib və niyyətini bildirib. Ər arvadını boşamaq istəmədiyini söyləyib və ikili arasında mübahisə başlayıb. Nəticədə onlar mübahisələrini duel yolu ilə həll etməyə qərar veriblər.

Ər-arvadın yaşadığı bağ evində də 2 tapança olub. Əvvəlcə duel bütün qaydalara uyğun keçib. Birinci atəşi arvadının xəyanəti ilə üzləşmiş ər açıb və rəqibini yüngül yaralayıb. Mixail Fomin isə daha dəqiq olub və rəqibini başından vurub. Ancaq bundan sonra kursantın davranışı duel qaydalarına zidd olub. O, dəmir beli götürüb və ölməkdə olan kişinin başına zərbələr endirib. Daha sonra onun başına iki dəfə atəş açıb.

Həmin vaxt bağ evində baş verən duelə ətrafda yaşayan bir neçə həvəskar bağ sahibi də tamaşa edib. Mixail Fomin həvəskarları görüb və onlar istiqamətə də atəş açıb. Ancaq bu dəfə hədəfləri vura bilməyib.

Qeyd edək ki, Mixail Fomin ali hərbi təhsil aldıqdan sonra kəşfiyyatçı olmağa hazırlaşırmış...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49