Ermənilər Rusiyada deputat oğurlatdırıb
Yaxın günlərdə Rusiyada xüsusi təyinatlı milis dəstəsinin (“OMON”) keçmiş əməkdaşları Andrey Demidenkov, Konstantin Dozorov, Aleksandr Malışev, Sergey Kopov və Aleksandr Karmanovun işi məhkəməyə göndəriləcək.
Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, istintaq zamanı məlum olub ki, keçmiş “OMON”-çulara insan oğurluğu ilə bağlı sifariş verənlər əsasən ermənilər olub. Andrey Demidenkov, Konstantin Dozorov, Aleksandr Malışev və Sergey Kopov hələ “OMON” sıralarında olarkən insan oğurluğu ilə məşğul olublar. Aleksandr Karmanov isə bu dəstəyə qoşulan vaxt “OMON” sıralarından çıxıbmış.
Dəstə üzvləri əsasən Ermənistan əsilli şəxslərin sifarişi ilə insan oğurluğu ilə məşğul olublar. Ermənilər oğurlatdıqları şəxslərin qohumlarından böyük məbləğdə pul, yaxud biznes mübahisələrində güzəştə getməyi tələb ediblər. Yaxınları oğurlananların çoxu milisə müraciət etməyib. Ona görə də məhkəmə yalnız dəstənin törətdiyi iki cinayəti araşdırır.
Birinci cinayət işinə görə, ermənilərin sifarişi ilə “OMON”-çular 2009-cu ilin yazında Moskva Dumasının deputatlarından birini oğurlayıblar. Biznes mübahisəsində güzəştə nail olunduqdan sonra deputat buraxılıb. İkinci oğurluq 2009-cu ilin payızında Moskva ətrafındakı Vidn qəsəbəsində baş verib. “OMON”-çular bir erməninin sifarişi ilə erməni əsilli bir biznesmenin qardaşını oğurlayıblar və oğurlanmış şəxsi azadlığa buraxmaq üçün 6 milyon dollar istənilib. Həmin şəxs milisin xüsusi əməliyyatı nəticəsində azad edilib. 2009-2010-cu illərdə cinayətkar dəstənin üzvləri yaxalanıblar.

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18