Lavrov Türkiyəyə gedir
19 yanvar 2011 12:56 (UTC +04:00)

Lavrov Türkiyəyə gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birgə Strateji Planlaşdırma Qrupunun ilk toplantısında iştirak məqsədilə yanvarın 20-də Türkiyəyə gedəcək.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Sergey Lavrov səfər zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək. Görüş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Dmitri Medvedevin rəhbərlik etdiyi Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının alt qolu olan Birgə Strateji Planlaşdırma Qrupunun ilk toplantısı çərçivəsində baş tutacaq. Toplantıda Rusiya-Türkiyə əməkdaşlığındakı yeni mexanizmin təşkilati məsələləri müzakirə olunacaq, Avropanın təhlükəsizliyi ilə bağlı problemlər, Balkanlar, Qafqaz və dünyanın digər bölgələrindəki durum da daxil olmaqla ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Əhməd Davudoğlu və Sergey Lavrovun rəhbərliyi ilə keçiriləcək toplantıda mart ayının ortalarında Moskvada keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası toplantısına hazırlıq gözdən keçiriləcək. Yüksək Səviyyəli Əməkdaşlıq Şurası toplantısına Rəcəb Tayyib Ərdoğan və Dmitri Medvedev rəhbərlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar

Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

6 iyul 2025 , 07:30