“5 milyon avro verim, məni oda atma”
İtaliyanın baş naziri Silvio Berluskoninin keçən ilin may ayında cinsi əlaqədə olduğu Mərakeş əsilli rəqqasə, 17 yaşlı Kərimə əl-Mahruku 5 milyon avro qarşılığında susdurmağa çalışdığı ortaya çıxıb.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, İtaliyanın baş naziri yetkinlik yaşına çatmayan rəqqasəyə bu təklifini telefonla çatdırıb və həmin telefon danışığının lent yazısı Milan Prokurorluğundadır.
Prokurorlar İtaliyada “Ruby” ləqəbi ilə tanınan rəqqasənin Silvio Berluskoni ilə cinsi əlaqədə olmasından hələ keçən il şübhələniblər. Ancaq baş nazirin villasına tez-tez gedən rəqqasə prokurorlara ifadəsində Silvio Berluskoninin ona avtomobil, zinət əşyaları və ev aldığını etiraf etsə də, onunla cinsi əlaqədə olduğunu boynuna almayıb. Prokurorlar isə ona inanmayıb və mobil telefonunu dinləməyə başlayıblar. Dinləmələr zamanı mobil telefonla danışan Kərimə əl-Mahruku yaxın rəfiqəsinə Silvio Berluskoninin telefonla onu aradığını, “5 milyon avro verim, mənimlə cinsi əlaqədə olduğunu prokurorlara və mətbuata söyləmə, məni oda atma” dediyini bildirib. Tərəflər bu məbləğ qarşılığında razılaşıb.
İtaliya qanunvericiliyinə görə, yetkinlik yaşına çatmayan qızla birlikdə olmaq cinayətdir və 5 ildən çox azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Oxşar yazılar

Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23