Tunisdə sular durulmur
18 yanvar 2011 20:02 (UTC +04:00)

Tunisdə sular durulmur

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, ölkədə minlərlə insan dünən qurulduğu elan edilən milli etimad hökumətinə etiraz edib.

Nəticədə bu gün yeni hökumətin 3 naziri istefa verib. Nümayişçilər yeni hökumətin tərkibində devrilən prezident Zeynəlabdin Bin Əliyə yaxın adamların olmasına etiraz ediblər. Polis nümayişi gözyaşardıcı qaz və dəyənəklərlə dağıdıb.

Bununla yanaşı, polis Bin Əli rejimi tərəfindən fəaliyyəti qadağan olunan İslamçı Oyanış Partiyasının keçmiş lideri Sadıq Şurunu da döyüb. 20 il həbsdə yatdıqdan sonra keçən ilin oktyabrında azadlığa çıxan Sadiq Şuru deyib ki, yeni hökumətin xalqı təmsil etmir və istefa verməlidir.

Partiyanın Fransadakı rəhbərlərindən olan Hüseyn Cəziri də Tunisdə 6 ay ərzində keçirilməsi nəzərdə tutulan prezident seçkilərində namizəd irəli sürməyəcəklərini, ancaq parlament seçkilərində iştirak edəcəklərini bildirib. Hüseyn Cəziri baş naziri Məhəmməd Qannuçinin dünən açıqladığı yeni kabinetdə yalnız 3 qanuni müxalifət partiyası təmsilçisi olduğunu, əsas qüvvələrin kənarda qoyulduğunu vurğulayıb. Rejimin dəyişməsində böyük rol oynayan Mərkəzi Həmkarlar İttifaqı (UGTT) də yeni hökuməti tanımadığını açıqlayıb. İttifaq bu gün keçirilən fövqəladə toplantısında hökumətdəki üç naziri istefa verməyə çağırıb. Nazirlər istefa veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49