Lex Kaçinskinin qızı: “Atamı Rusiya öldürüb”
18 yanvar 2011 18:17 (UTC +04:00)

Lex Kaçinskinin qızı: “Atamı Rusiya öldürüb”

Keçən il aprelin 10-da Rusiyanın Smolensk şəhəri yaxınlığında aviaqəzada həyatını itirmiş Polşa prezidenti Lex Kaçinskinin yeganə qızı Marta Kaçinski-Dubenetsk bəyanat yayıb. Lent.az-ın Polşanın “TVN24” telekanalına istinadən verdiyi məlumata görə, Marta hesab edir ki, qəza ilə bağlı Rusiyanın hazırladığı hesabat da atasının Moskva tərəfindən qəsdən öldürüldüyünü ortaya qoyur.

O, rusların Lex Kaçinskini öldürmək istəməsinə dair bir çox əlamətlərin olduğunu söyləyib: “Moskva Polşada keçiriləcək növbəti seçkilərdə Lex Kaçinskinin qalib gəlmə ehtimalının çox olduğu və 2008-ci ilin avqustunda Gürcüstan-Rusiya müharibəsində Mixail Saakaşvilini müdafiə etdiyi üçün onun ölümünü arzulayırdı”.

Marta bildirib ki, Dövlətlərarası Aviasiya Komitəsi hesabat hazırlayarkən təyyarənin pilotlarının qəzadan 22 saniyə əvvəl yerə enməkdən imtina etmələrini və yüksəkliyə qalxmağa çalışdıqlarını gizlədib: “Ancaq bu cəhd nəticə verməyib. Çünki pilotlar təyyarənin hansı yüksəklikdə və eniş xəttinə münasibətdə hansı vəziyyətdə olması barədə dəqiq məlumata malik olmayıblar. Pilotlara bu barədə məlumat verilməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824

Oxşar yazılar