Telman İsmayılovun məşhur oteli yataqxanaya çevrilir...
18 yanvar 2011 10:18 (UTC +04:00)

Telman İsmayılovun məşhur oteli yataqxanaya çevrilir...

Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus olan, 1,3 milyard dollara tikilən, 2009-cu ildə açılışında Şaron Stoun, Monika Belucci, Paris Hilton kimi Hollivud ulduzlarının iştirak etdiyi “Mardan Palace” oteli son dönəmdə müştəri qıtlığı problemi ilə üzləşdiyi üçün rəhbərlik yarım yataqxana sisteminin tətbiqinə başlayıb. Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, nömrələrinin yalnız 18 faizinə müştəri tapan, işçilərinin maaşlarını verməkdə çətinlik çəkən, az əvvəl borc üzündən elektriki belə kəsilən “Mardan Palace” bu vaxta qədər Antalyada yalnız səhər yeməyinin verildiyi bir kompleks olub.

Ancaq bu lüks xidmətlər otelin problemlərinə əlac olmadığı üçün “Mardan Palace” ilk dəfə yarım yataqxana sisteminə keçib. “Mardan Palace”nin kommunikasiya müdiri Songül Altun deyib ki, artıq istəyənə həm otel nömrəsində səhər yeməyi, həm adi səhər yeməyi, həm də səhər yeməyi və axşam yeməyi veriləcək. Yəni otel nömrələri artıq bu qaydalarla ilə müştərilərin ixtiyarına veriləcək.

Songül Altun bu yay müştərilərinin çox olacağı və problemlərinin həllini tapacağına da ümid bəslədiyini söyləyib: “İndi müştərilərimiz çox azdır, 18 faizi keçmir. Bu durum yataqxana rejiminə keçməyimizi tələb edir, yarı yataqxana rejiminə keçdik. 850 işçimiz var, bu il onların maaşlarının verilməsi sahəsində problem oldu. Bunlar geridə qaldı. Tələbdə yüksəlişlər var. Toy və mərasimlər üçün inanılmaz təkliflər alırıq”.

Qeyd edək ki, bu vaxta qədər “Mardan Palace”də ən ucuz otel nömrəsinin qiyməti 250 avro, ən bahalısının qiyməti 14 min avro olub. Bu ildən isə otel güzəştli satışa başlayır. Başqa sözlə, “Mardan Palace” aprelin 1-dən birmənalı olaraq yarım yataqxana sisteminə keçəcək. “Milliyət” qəzetinin yazdığına görə, “Mardan Palace” tam yataqxana qiymətləri ilə fəaliyyət göstərməyə də hazırlaşır. Lakin otel rəhbərliyi hələ bu barədə açıqlama verməkdən yayınır. Turizm sektorunun tanınmış şirkətlərindən birinin rəhbəri qəzetə bildirib ki, qısa müddət sonra “Mardan Palace” tam yataqxana rejimində işləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar