Bişkekdə terrorçu qrupun üzvləri saxlanılıb
Qırğızıstanda xarici ölkə səfirliklərinin, o cümlədən 2009-cu ildən ABŞ hərbi Hava Qüvvələrinin aviabazası yerləşmiş Tranzit Yükdaşımalar Mərkəzinin yaxınlığında partlayışlar törətməyə hazırlaşan terrorçu qrup saxlanılıb. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Keneşbəy Duyşebəyov məlumat verib.
Keneşbəy Duyşebəyov deyib ki, saxlanılanlar törətmək istədikləri əməlləri etiraf ediblər. Eyni zamanda keçən il Bişkekdəki sinaqoq və Respublika İdman Sarayı yaxınlığında partlayışların da onlar tərəfindən törədildiyini bildiriblər: “Cayşul Mehdi” adlı bu qruplaşmanın 11 aktiv üzvü var və onların 8-i saxlanılıb. 3 nəfərin axtarışı hələ davam edir. Qrupun lideri Sovetbəy İslamov xüsusi əməliyyat zamanı güllələnib”.
İlkin məlumatlara görə, saxlanılanlar Bişkekdə 3 milis əməkdaşının güllələnməsi hadisəsində də iştirak ediblər.

Oxşar yazılar

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı - FOTO
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34