Lujkov Rusiyadan qaçır
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, o, keçən ilin dekabrında bununla bağlı Latviyanın Rusiyadakı səfirliyinə müraciət edib.
Yuri Lujkov Latviya banklarından birinə 400 min dollar investisiya qoyduğundan onun bu ölkədə yaşamaq hüququ alması üçün qanuni əsas da yaranıb. Həm də Moskvanın sabiq merinin Latviyada daşınmaz mülkü də var.
Bununla belə, Latviya rəsmilərinin açıqlamalarından belə görünür ki, onlar Yuri Lujkovun bu ölkədə yaşamaq istəməsindən məmnun deyillər. Latviya daxili işlər naziri Linda Murniets deyib ki, yaşamaq hüququ almaq üçün bir çox hüquqi məsələ həllini tapmalıdır.
Qeyd edək ki, Yuri Lujkov Moskva meri olarkən Latviya haqqında elə də müsbət fikirlər səsləndirməyib. Məsələn, o, rus dilinin bu ölkədə ikinci dövlət dili olmasının zəruri olduğunu bəyan edib və bu da Riqada xoş qarşılanmayıb.

538