Nazarbayev konstitusiyaya dəyişiklikləri imzalamadı
                                    
                                    0
                                
                                    0
                                
                                Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, parlamentin qəbul etdiyi dəyişikliklər baxılmaq üçün Konstitusiya Şurasına göndərilib.
Şuranın sədri Nikolay Belorukov bildirib ki, dəyişikliklərə baxılması 1 ay çəkəcək: “Amma prezident bu vaxtın sürətləndirilməsini tələb edə bilər və bu zaman dəyişikliklərə baxılması 10 gün çəkəcək”.
Qeyd edək ki, Nursultan Nazarbayev yanvarın 7-də fərman imzalayaraq referendum keçirilməsi təklifini rədd edib. Amma ötən ilin dekabrın sonunda başlanılan imzatoplama kampaniyası davam edib və referendum keçirilməsinin lehinə 5 milyon imza toplanıb. Yanvarın 14-də isə Qazaxıstan parlamentinin hər iki palatası konstitusiya dəyişikliklərini təsdiq edib.