“Əl-Qaidə” Tunis və Əlcəzairdə hakimiyyəti ələ alır
14 yanvar 2011 18:28 (UTC +04:00)

“Əl-Qaidə” Tunis və Əlcəzairdə hakimiyyəti ələ alır

Bu gün Tunis paytaxtında və bölgələrdə işsizliyə, bahalığa və korrupsiyaya etiraz edən yoxsullarla güc strukturları arasında baş verən qarşıdurmalarda 6 nəfər də həyatını itirib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bununla da son 1 ayda ölkədə baş verən qarşıdurmalarda ölənlərin sayı 66 nəfərə çatıb.

Vəziyyətin sabitləşməsinə nail olmağa çalışan prezident Zeynal Abidin Bin Ali bu gün xalqa siyasi və mətbuat azadlığı vəd edib. O, bir daha prezidentliyə namizədliyini irəli sürməyəcəyini və seçkilərdə iştirak etməyəcəyini də söyləyib. Ancaq bu vəd də etirazları səngitməyə yetməyib. Paytaxtda aksiyalar daha ciddi xarakter almaqdadır.

Bu arada “əl-Qaidə” terror təşkilatı da səhnəyə çıxıb. “əl-Qaidə” Şimali Afrika şəbəkəsinin lideri Ebu Musab Abdülvadudun çıxışı yayılıb. O, 1 aydır ki, etiraz aksiyaları keçirən tunisli aksiyaçıları oğullarını hərbi təlim keçmələri üçün onlara göndərməyi təklif edib. O, korrupsiya və rüşvətə bulaşmış, cinayətkar və totalitar rejimə qarşı mübarizə aparmağa və şəriət rejimi qurmağa çağırıb: “Siz bu mübarizədə dəstək veririk. Şəriət rejimi qurmağımız lazımdır”.

Əlcəzairdəki etiraz aksiyaçıları da qürurlu və əzmkar sayan Ebu Musab Abdülvaduddeyib ki, əlcəzairlilər yalnız prezident Abdülaziz Buteflika hakimiyyətdən uzaqlaşandan sonra istəklərinə çata biləcəklər. Əlcəzair hakimiyyətini ölkəni çatmaq, xalqı yoxsulluğa düçar etmək, oğurladıqları pulları amerikalı və fransız ağalarla bölməkdə ittiham edən “əl-Qaidə”nin Şimali Afrika şəbəkəsinin lider deyib ki, intiqamlarını alacaqlar: “Cinayətkarlara qarşı silahlarımızla ön cəbhədə yer alacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar