Alimlər mamontları dirildəcəklər!
Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, Yaponiya alimləri klonlaşdırma texnologiyası sayəsində buna nail olunacağını vəd ediblər.
Mamontları yenidən həyata qaytarmaq cəhdləri 1990-cı illərdən başlayıb. Ancaq min illər əvvəl donmuş hüceyrələr üzərində aparılan təcrübə nəticə verməyib. Ancaq 2008-ci ildə yapon alimlər 16 il əvvəl dondurulmuş siçanın hüceyrəsindən istifadə edərək başqa bir siçanı klonlaşdıra biliblər. Bu uğura Riken Bioloji İnkişaf Mərkəzinin professoru Teruxiko Vakayama imza atıb. Onun işini hazırda Kioto Universitetinin professoru Akira İritani davam etdirir. O, 5 min il əvvəl donmuş vəziyyətdə olan orqanizmləri araşdırır. O bildirib ki, indi texniki çətinliklər aşılıb: “Bizə lazım olan yaxşı vəziyyətdə dondurulmuş mamontun ət parçasını əldə etmişik. Biz onların arasından daha sağlam mamont hüceyrələrini seçəcəyik. Daha sonra bu, Afrika fili ilə cütləşdiriləcək və fil mamont üçün surroqat ana rolu oynayacaq”.
O, 4-5 ilə sağlam mamont yaradacaqlarına inanır.

Oxşar yazılar

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı - FOTO
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34