4 yaşlı qızı 45 yaşlı kişiyə ərə verdilər
Pakistanda 4 yaşlı qız 45 yaşlı kişiyə ərə verilib. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Dera vilayətində qan düşməni olan iki ailə problemə son qoymaq üçün bu qərara gəlib.
Belə ki, Süməyra adlı qızcığaz 45 yaşlı Məhbub Əhmədə verilib. Artıq dini qaydada nikah kəsilib.
Qeyd edək ki, 4 yaşlı qızın ailəsi Məhbub Əhmədin sülaləsi ilə tarixi qan düşmənidir. Bu yaxınlarda qızın əmisi Məhəmməd Fərrux Məhbub Əhmədin qardaşı oğlunu öldürüb. Ailələr narazılığa son qoymaq üçün 4 yaşlı Süməyranı qarşı tərəfə “güzəştə gedib”.
Artıq məsələ ilə bağlı Pakistandakı hüquq müdafiəçilər ayağa qalxıb və polis məlumatlandırılıb. Polis yetkilisi Məlik Ramazan toyun tayfa şurasının razılığı ilə baş tutduğunu, hadisəyə görə bir neçə nəfərin saxlandığını açıqlayıb. Polis yetkilisinin sözlərinə görə, tayfa şurası Məhəmməd Fərruxa 2150 avro cərimə kəsib və onun ailəsindən gənc qızın Məhbub Əhmədlə evləndirməsinə qərar verib.

783