Seksual casus teleaparıcı kimi işləyəcək
Keçən ilin yayında ABŞ-da Rusiya lehinə casusluqda ittiham olunaraq saxlanılan və Vaşinqtonla Moskva arasında casus mübadiləsindən sonra azadlığa çıxan Anna Çapman yanvarın ortalarından başlayaraq “REN TV” telekanalında “Reallıq” layihəsi çərçivəsində “Anna Çapmanla sirli dünya” adlı yeni proqramda aparıcı kimi çıxış edəcək. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Reallıq” sənədli layihəsi yanvarın 17-dən start götürür.
“Anna Çapmanla sirli dünya” proqramı müasir dövrün ən anlaşılmaz hadisələrinə həsr olunacaq. Proqramın ilk buraxılışı yanvarın 21-də olacaq. “REN TV” telekanalının sənədli-publisistik proqramları şöbəsinin müdiri Mixail Tukmaçayev deyib ki, bu proqramın bütün materialları eksklüziv olacaq. Proqramın detalları gizli saxlanılır.
Qeyd edək ki, dekabrın 22-də Anna Çapman Rusiyanın Gənc Qvardiyası Gənclər Təşkilatının İctimai Şurasının üzvü seçilib və bununla da siyasətdə ilk addımını atıb.
Xatırladaq ki, oktyabrın 18-də Rusiya prezidenti Dmitri Medvedev ABŞ-dan qovulmuş rus casuslarını ali dövlət mükafatı ilə təltif edib və təntənəli mükafatlandırma mərasiminin Kremldə keçirilib. Mükafatlandırılanlar arasında seksuallığı ilə diqqət çəkən Anna Çapman da olub.
Anna Çapman elə həmin gün, oktyabrın 18-də tanınmış kişi jurnalı “Maksim”in rus versiyasının üz qabığı üçün də şəkillərini çəkdirib. Alt paltarda poza verən Anna Çapman jurnala açıqlamasında casusluq fəaliyyəti və eşq həyatından danışıb.

742