Rus millətçilərinin Manej meydanında aksiya cəhdi baş tutmadı
Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, hərəkat üzvləri yanvarın 11-də saat 19:00-dən etibarən “Oxotnıy ryad” metro stansiyasında toplaşaraq Manej meydanına doğru hərəkət etməyi, rus mahnıları oxumaq və müxtəlif şüarlar səsləndirməyi planlaşdırıblar.
Ancaq həmin vaxt Manej meydana giriş xüsusi təyinatlı milis dəstələri (OMON) tərəfindən bağlanıb.
Aleksandr bağına və Qırmızı meydana giriş də bağlanıb, “Oxotnıy ryad” ticarət mərkəzinə gələn insanlardan isə oranı tərk etmək xahiş olunub. “Oxotnıy ryad” metro stansiyasından çıxış da bağlanılıb.
Milis şübhəlilərin hamısını saxlayıb. Ancaq sonradan onların çoxunun oradan keçən təsadüfi şəxslər olduğu üzə çıxıb. Buna baxmayaraq, tutulanlar arasında qatı şovinist, millətçi və hətta faşist baxışlı təşkilatların üzvləri və liderləri də olub. Manej meydanı yaxınlığında Şaxta Baba geyimində olan bir nəfər də milislər tərəfindən ərazidən uzaqlaşdırılıb.

Oxşar yazılar

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33