“Hər gecə 3 dəfə sekslə məşğul oluram”
12 yanvar 2011 01:30 (UTC +04:00)

“Hər gecə 3 dəfə sekslə məşğul oluram”

Hindistanda yaşayan və 94 yaşında ata olduqdan sonra dünyanın ən yaşlı atası adını alan Randy Ramjeet Raghav arvadı ilə gecə 3 dəfə sekslə məşğul olduğunu söyləyib.

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, o, arvadı Shakuntala ilə mükəmməl bir seks həyatı yaşadığını və 25 yaşlı cavan oğlan kimi sekslə məşğul olduğunu vurğulayıb.

Yeni dünyaya gələn oğulları Karamjit ilə poz verən Randy Ramjeet Raghav xanımı ilə birlikdə bir həyət evində yaşayır və kiçik tarlasını əkib-becərməklə məşğuldur. O, ər və arvadın müntəzəm sekslə məşğul olmalarını çox önəmli sayır.

Onun 50 yaşlı xanımı Shakuntala da ərinin cinsi baxımdan güclü bir kişi və çox yaxşı ata olduğunu dilə gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212

Oxşar yazılar