Erməni porno ulduz ilişdi
11 yanvar 2011 19:27 (UTC +04:00)

Erməni porno ulduz ilişdi

Lent.az-ın “Weird” qəzetinə istinadən verdiyi məlumata görə, Şəffaf Ticarət Ofisi (Office of Fair Trading (OFT)) sosial şəbəkələrdə yayılan gizli reklamların araşdırılmasına başlayıb.

OFT əsasən “Twitter” sosial şəbəkəsinin istifadəçilərini araşdırıb. “Ad.ly” şirkətinin rəhbəri Arni Qulov-Sinqx məşhurlar və reklam şirkətləri arasında vasitəçiliklə məşğul olub. O bildirib ki, Kim Kardaşyan və Snup Doq öz bloqlarında reklam yerləşdirmək üçün 6,5 min funt-sterlinq istəyiblər. Onların sonradan gizli olaraq bu fəaliyyətlə məşğul olduqları güman edilir.

OFT bəyan edib ki, bu kimi reklam fəaliyyəti ABŞ Federal Ticarət Komitəsinin tələblərinə ziddir. Mövcud razılaşmaya görə, “Facebook” və “Twitter”də reklam “ad”, ya da “spon” əmtəə nişanı ilə yerləşdirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213

Oxşar yazılar