İran “Mossad”la bağlantısı olan casus şəbəkəsini çökdürdüyünü açıqladı
10 yanvar 2011 22:18 (UTC +04:00)

İran “Mossad”la bağlantısı olan casus şəbəkəsini çökdürdüyünü açıqladı

İran nüvə mütəxəssisi Məsul Əli Məhəmmədinin öldürülməsi olayına qarışan İsrailin kəşfiyyat xidməti “Mossad”la bağlantısı olan bir casus şəbəkəsini çökdürdüyünü açıqlayıb.

Lent.az-ın ‘trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, ölkənin Kəşfiyyat Nazirliyinin dövlət televiziyasında yayımlanan açıqlamasında “Mossad”a bağlı olan terror və casusluq şəbəkəsinin çökdürüldüyü bildirilib.

Açıqlamada şəbəkənin bir il öncə nüvə mütəxəssisi Məsud Əli Məhəmmədiyə sui-qəsd təşkil etdiyi, İrana qarşı müxtəlif təxribatçı planlar hazırladığı bildirilib. Şəbəkənin nüvə mütəxəssisi Məhəmmədini öldürmək üçün bəzi avropalı, yaxud avropalı olmayan qonşu ölkələrdən istifadə etdiyi bildirilib, ancaq detallı məlumat verilməyib.
Qeyd edək ki, nüvə fizikası mütəxəssisi olan Məhəmmədi 12 yanvar 2010-cu ildə Tehranda avtomobilinə yerləşdirilən uzaqdan idarə olunan bombanın partlaması nəticəsində öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar