Quantanamo həbsxanasından ABŞ məhbus gətirilməsi qadağan olundu
ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasından ABŞ-a məhbus gətirilməsini qadağan edən qanun layihəsini imzalayıb. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, bu, Barak Obamanın prezident seçkilərindən öncə Quantanamo həbsxanasının bağlanacağı barədə verdiyi vədi yerinə yetirməsini daha da mürəkkəbləşdirib.
Barak Obama etiraf edib ki, o və administrasiya bu qanun layihəsinin əleyhinə olub, ancaq bir sıra maliyyə məsələlərinin razılaşdırılması üçün bu, vacibdir. ABŞ prezidenti deyib ki, söhbət ilk növbədə hərbi əməliyyatlardan gedir.
Qeyd edək ki, Kubadakı Quantanamo həbsxanasında terrorçuluqda şübhəli sayılan şəxslər saxlanılır. Hüquq müdafiəçiləri indiyə qədər həmin şəxslərin bir çoxuna qarşı ittiham elan olunmadığını söyləyirlər.

Oxşar yazılar

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33