Quşların və balıqların kütləvi şəkildə ölümü davam edir
08 yanvar 2011 10:19 (UTC +04:00)

Quşların və balıqların kütləvi şəkildə ölümü davam edir

Lent.az-ın “CNN”ə stinadən verdiyi məlumata görə, bu dəfə Kanadada bir yaşayış qəsəbəsi yaxınlığına göydən yüzlərlə ölü göyərçin “yağıb”.

Qeyd edək ki, quşların kütləvi ölümü ilə bağlı ilk hadisə dekabrın 31-dən yanvarın 1-ə keçən ABŞ-ın Arkanzas ştatında qeydə alınıb. Göydən yerə 5 minə qədər ölü quş düşüb. Bundan 2 gün sonra Luiziana ştatında 500 ölü quş aşkarlanıb. Yanvarın 5-də ABŞ-da deyil, İsveçin Fallköping şəhərində bir qəsəbə ətrafında çoxlu sayda ölü quş aşkarlanıb. İtaliyada da quşların kütləvi ölümü faktı aşkarlanıb.

Quşların kütləvi şəkildə ölməsinin səbəbini isə hələ də müəyyənləşdirmək mümkün olmayıb və bu, bir sirr olaraq qalır. Elə Kanadada da quşların ölümü ilə bağlı laboratoriyada aparılan təhqiqatlar nəticə verməyib və onların ölümünün dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Xatırladaq ki, bundan öncə ABŞ-da 5 minə qədər quşun ölümünün səbəbi kimi fişəng atılması, buna görə də gecə quşların özlərini müxtəlif maneələrə vurduğu göstərilmişdi. Ancaq alimlərin bir qismi baş verən son olayların qlobal bir təbii fəlakətin, yaxud bioloji bir silahın sınaqdan çıxarılmasının nəticəsi olduğunu düşünürlər.

Kütləvi şəkildə ölən isə tək quşlar deyil. Yanvarın 6-də ABŞ-ın Merlend ştatındakı Çesapeak körfəzində 2 milyon ölü balıq aşkarlanıb. Ştatın Təbiəti Mühafizə İdarəsi balıqların ölümünün təbii səbəbi olduğunu ehtimal etdiklərini bildirib. Açıqlamada qeyd olunur ki, soyuq su və ölən balıqların yüksək artımı bunun səbəbi ola bilər. Lakin yeni ilin ilk günlərində sadəcə ABŞ-ın Merlend ştatında deyil, dünyanın müxtəlif yerlərində bənzər təbii fəlakətlər baş verməkdədir. Məsələn, Braziliyada 100 ton sardalya, Yeni Zellandiyada yüzlərlə snapper növlü balıq ölü tapılıb. Yanvarın 6-da İngiltərənin Kent bölgəsində isə 40 min ölü xərçəngi su sahilə çıxarıb. Palm körfəz çimərliyini dolduran xərçənglərin dəyişən hava şərtləri səbəbindən öldüyü güman edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar