Ermənilər Ermənistanda yaşamaq istəmir
1990-2010-cu illər arasındakı dövrdə Ermənistanın daimi əhalisi 265,4 min nəfər, yəni 7,6 faiz azalıb.
Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu, Ermənistan Milli Statistika Xidmətinin son 20 ildə ölkənin daimi əhalisinin say ilə bağlı nəşr etdiyi demoqrafik məcmuədə yer alıb.
Ermənistan Milli Statistika Xidmətinin hesablamalarına görə, ölkədə əhalinin azalmasında miqrasiya amili əsas rol oynayır və təbii artım bu boşluğu doldura bilmir. 2003-cü ilə qədər Ermənistanı tərk edənlərin sayı təbii artımı birmənalı olaraq üstələyib. Ölkədən ən çox 1992-ci ildə başqa ölkələrə üz tutanlar olub. Həmin il 214,3 min nəfər Ermənistanı tərk edib və təbii artım da bu boşluğu doldura bilməyib Nəticədə həmin il ölkədə yaşayan daimi əhali 169,6 min nəfər azalıb.
Son 20 ildə ölkəni ən azı 700 min nəfər tərk edib. Ermənistanı tərk edənlərin axını hələ də kəsməyib. Məsələn, keçən il Ermənistanı 5,3 min nəfər tərk edərək başqa ölkələrə üz tutub.
Ermənistanda təbii artım da çox aşağı səviyyədədir. Məsələn, 2002-ci ildə Ermənistanda əhalinin təbii artımı cəmi 6,6 min nəfər olub. Yalnız 2009-cu ildə Ermənistanda təbii artım 16,8 min nəfərə çatıb. Ermənistanda sonuncu dəfə ən böyük artım isə 1990-cı ildə müşayiət olunub. Həmin il ölkə əhalisinin təbii artımı 57,9 min nəfər olub. Bu göstəriciyə yaxın gələcəkdə nail olmaq isə hələ də illüziya sayılır.

648