İran, Əfqanıstan, Pakistan – “çirkli pullara” hücum
Lent.az-ın İran KİV-nə istinadən məlumatına görə, İran, Pakistan və Əfqanıstan hökumətləri bu istiqamətdə birgə mübarizə aparmaq məqsədilə 2011-ci ilin martınadək üçtərəfli müqavilə imzalayacaqlar.
“Bu sənəd çirkli pulların yuyulması və narkotik maddələrin qanunsuz keçidinə qarşı birgə bu mübarizəni özündə ehtiva edir” - deyə, İran İqtisadiyyat Nazirliyinin çirkli pulların yuyulmasına qarşı mübarizə idarəsinin başçısı Nazir Əhmədabadi bildirib.
O, əminliklə bildirib ki, bu kampaniya “çirkli pulların” ölkəyə daxil olmasının və İranın iqtisadi sisteminə təsir etməsinin qarşısını alacaq.
Bu ilin noyabrında Pakistanın paytaxtı İslamabadda Əfqanıstan, İran və Pakistanın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə qurumlarının başçıları narkotik qaçaqmalçılığına qarşı birgə mübarizənin vacibliyini vurğulamışdılar.
Heç kimə sirr deyil ki, “çirkli pullar”daha çox narkotik vasitələrin qanunsuz dövriyyəsindən yaranır. Hər üç dövlət bu sahədə dünyada öncül yerləri tutur. Deməli, hər üç ölkədəki “çirkli pullar” həm də narkotik vasitələrin qaçaqmalçılığından yaranır.
Hələ bu ilin yayında Beynəlxalq Valyuta Fondu iranlı həmkarları ilə birlikdə terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması istiqamətində İslam Respublikası mütəxəssislərinin gördüyü işləri müzakirə etmişdi.
İki il öncə isə İranda Çirkli pulların yuyulmasına qarşı mübarizə Şurası yaradılıb.
Sədrəddin Soltan

Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28