“Rus muzeyi: virtual filial” mərkəzinin məktəblilər və tələbələr üçün proqramının təqdimatı keçiriləcək
Muzey Mərkəzində “Rus muzeyi: virtual filial” layihəsi çərçivəsində YUNESKO-nun Moskva bürosunun dəstəyi ilə tələbələr və məktəblilər üçün muzey tədris proqramının təqdimat mərasimi olacaq. Muzey Mərkəzindən Lent.az-a verilən məlumata görə, proqram Beynəlxalq Mədəniyyətlərarası əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Dekabrın 21-də keçirilməsi planlaşdırılan proqram Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması İli (2010) çərçivəsində hazırlanıb.
Qeyd edək ki, YUNESKO-nun Moskva bürosu və o cümlədən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası son bir neçə il ərzində “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və istifadəsinə maddi və mənəvi dəstək göstərib.
BMT-nin 2010-cu ili Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması ili elan etməsilə əlaqədar bu il “Rus muzeyi: virtual filial” layihəsi üzrə başlıca fəaliyyət Beynəlxalq Mədəni Müxtəliflik Gününə (21 may) həsr olunub.
Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması İli (2010) çərçivəsində Muzey Mərkəzində “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin məktəblilər və tələbələr üçün muzey-tədris proqramı hazırlanmışdır. Proqram qavrama və çətinlik səviyyəsinə görə iki hissəyə - gənclər və uşaq auditoriyasına bölünüb.
Adı çəkilən layihənin reallaşdırılması ölkə ərazisində və onun hüdudlarında vahid mədəni-informasiya məkanının genişlənməsinə, o cümlədən xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, kütləvi informasiya vasitələri, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin əməkdaşları, muzey direktorları və işçiləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Slavyan Universitetinin, Qərb Universitetinin, Bakı Avropa liseyinin və digər təhsil müəssisələrinin, o cümlədən mədəniyyət və təhsillə bağlı bir çox ictimai və dövlət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Lalə Yusifqızı

Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28