İranın yeni xarici işlər naziri Tehranın prioritetlərini açıqladı
Bu gün rəsmən səlahiyyətlərinin icrasına başlayan İranın yeni xarici işlər naziri Əli Əkbər Salehi ölkənin xarici siyasətdəki prioritetlərini açıqlayıb.
Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Əli Əkbər Salehi deyib ki, İran üçün ilin prioritet qonşuları və islam dünyası ilə münasibətlərin inkişaf etdirilməsidir.
O bildirib ki, bu baxımdan Səudiyyə Ərəbistanı və Türkiyə ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır: Səudiyyə Ərəbistanı İranla xüsusi siyasi əlaqələrə malikdir. İran və Səudiyyə Ərəbistanı islam dünyasında bir çox problemləri birgə həll edə bilər.
Qeyd edək ki, “WikiLeaks” saytının az öncə yaydığı məxfi diplomatik sənədlərdən aydın olub ki, Səudiyyə Ərəbistanının kralı Abdulla İran rejimini ölkəsi üçün təhlükə görür və ABŞ-ın yüksək vəzifəli diplomatlarına bu ilanın başını qoparmağı məsləhət görür. Bu fonda İranın yeni xarici işlər nazirinin Səudiyyə Ərəbistanı ilə ölkəsinin münasibətlərinə xüsusi önəm verdiyini vurğulaması diqqət çəkməyə bilməz.
Əli Əkbər Salehi İranın Suriya, İraq, Azərbaycan, Əfqanıstan, Pakistan, Rusiya və Çinlə də əlaqələrini genişləndirməsinin vacib olduğunu bəyan edib. O, Avropa Birliyi ilə münasibətlərə də toxunub: “Əgər Avropa Birliyi Tehrana münasibətini dəyişərsə, qarşıdurma siyasətindən əməkdaşlığa keçərsə, bu, hər iki tərəf üçün faydalı olar”.
İranın yeni xarici işlər naziri qonşu ölkələrlə əlaqələrin genişləndirilməsinin vacibliyindən danışarkən Ermənistanın adını çəkməməsi də diqqəti cəlb edib.

Oxşar yazılar

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26