Erməni pornoulduz “soyqırımı” layihəsini ABŞ-ın gündəminə gətirdi
ABŞ-da “erməni soyqırımı” barədə qanun layihəsinin qəbulu yenidən gündəmə gətirilib.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, gələn ay postunu respublikaçılara təhvil verəcək Nümayəndələr Palatasının sədri Nensi Pelosi layihəni 48 saat ərzində Nümayəndələr Palatasının müzakirəsinə çıxarmağa çalışır.
Qeyd edək ki, noyabrın 2-də ABŞ-da Konqresə keçirilən seçkilərdə respublikaçılar qalib gəlib və Nümayəndələr Palatasında demokratların üstünlüyünə son qoyulub. Gələn ay Nümayəndələr Palatası yeni tərkibdə fəaliyyətə başlamalıdır. Buna görə də ermənipərəstliyi ilə seçilən Nensi Pelosi qəfil belə bir təşəbbüsü həyata keçirməyə can atır.
Nümayəndələr Palatasının sədrinin fəaliyyətindən xəbər tutan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu dərhal dövlət katibi Hillari Klintona zəng açıb. Əhməd Davudoğlu Hillari Klintona bildirib ki, layihənin qəbulunun qarşısını almaq üçün ABŞ administrasiyasının hərəkətə keçməsi lazımdır. Hillari Klinton da layihənin Nümayəndələr Palatasının gündəliyinə salınmaması üçün hər cür səy göstərəcəklərini söyləyib.
Türkiyənin ABŞ-dakı səfirliyi də layihənin Nümayəndələr Palatasının gündəliyinə salınmaması üçün Ağ Ev, Dövlət Departamerti və Konqresdə danışıqlar aparmaqdadır.
ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli da deyib ki, ABŞ administrasiyası qəti şəkildə bu layihəyə qarşıdır. O, Türkiyə və Ermənistanın ortaq tarixlərini müzakirə etməsinin ən yaxşı yolunun münasibətlərin normallaşmasından keçdiyini vurğulayıb.
Qeyd edək ki, mart ayında Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində komitə sədri Hovard Bermanın səyi ilə 22 səsə qarşı 23 səslə qəbul edilən “erməni soyqırımı” layihəsi prezident Barak Obamanın istəyi ilə Nümayəndələr Palatasında müzakirəyə çıxarılmamış, təxirə salınmışdı. Layihənin yenidən gündəmə gəlməsini aktuallaşdıran isə porno sektorunda ad çıxarmış erməni əsilli Kim Kardaşyan olub. O, dekabrın 10-da “Twitter”də erməni soyqırımı layihəsinin gündəmə gəlməsi üçün kampaniyaya başlayıb və Nensi Pelosinin nömrəsini verərək hər kəsin layihənin gündəmə salınması üçün bu nömrəyə zəng vurmasını istəyib.

544