Sabah Moskvada yeni qarşıdurmalar gözlənilir
Moskvada rus millətçi gəncləri və Qafqaz əsilli şəxslər arasında növbəti qarşıdurma sabah gözlənilir. Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, radikal əhval-ruhiyyəli gənclər hesablaşmaq üçün dekabrın 18-də saat 15:00-da “Ostankino” teleqülləsinin yanına toplaşacaqlar.
Bu xəbər yayıldıqdan sonra Moskva meri Sergey Sobyanin şəhərdə nəzarətin gücləndirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Eyni zamanda meriya məmurlarına diaspor qurumları ilə profilaktiki iş aparmaq tapşırıb.
Xatırladaq ki, dekabrın 11-də Manej meydanında kütləvi qarşıdurma olub. Bir müddət əvvəl Kabarda-Balkar Respublikası vətəndaşı tərəfindən öldürüldüyü bildirilən “Spartak” futbol klubunun azarkeşi Yeqor Sviridovun xatirəsinə həsr olunmuş aksiya etnik xarakter alıb. Aksiya iştirakçıları millətçi xarakterli şüarlar səsləndirib, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya gediblər. 40 nəfər, o cümlədən milis əməkdaşları yaralanıb. 7 nəfər xəstəxanada yerləşdirilib. 80 nəfər saxlanılıb, 10-dan çox cinayət işi açılıb.
Dekabrın 15-də isə axşam saatlarında rus millətçi gəncləri və Qafqaz əsilli şəxslər arasında baş verən qarşıdurmalar, iğtişaşlar Moskvanın mərkəzində qarışıqlığa yol açıb, 1700 nəfər saxlanılıb.

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49