Moskvada ruslarla qafqazlılar arasında toqquşmalar başladı
Moskvanın Kiyev vağzalı və “Yevropeysk” ticarət mərkəzi arasındakı meydanda slavyan mənşəli bir neçə nəfər və iki Şimali Qafqaz əsilli şəxs arasında dava-dalaş baş verib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, davanın bütün iştirakçıları saxlanılıb.
Moskva Daxili İşlər İdarəsinin mətbuat xidmətinin rəhbəri Viktor Biryukov deyib ki, milis ümumilikdə bu gün Kiyev vağzalında 150 nəfərdən çox şəxsi saxlayıb. Onların çoxunun üzərindən travmatik tapança, soyuq silah, qaz balonları, elektroşok çubuğu çıxıb.
Milis “Yevroreysk” ticarət mərkəzində 15 gənci saxlayıb. İlkin hesablamalara görə, meydanın ətrafına 300 nəfərə qədər şəxs toplaşıb. Onlar futbol azarkeşlərinə və Qafqaz əsillilərə bənzəyiblər. Meydanı mühafizə etmək üçün 3000 milis göndərilib.
“Kommersant FM” ərazidə vaxtaşırı olaraq toqquşmalar qeydə alındığını, vəziyyətin getdikcə gərginləşdiyini xəbər verir. Milis daha aqressiv gəncləri saxlayır. Tutulanların çoxu slavyanlardır. Ərazidə üzlərini maska ilə gizlədən gənclər peyda olub.
Qafqaz Hüquq Mərkəzinin rəhbəri Şamil Asmanov da Kiyev vağzalına gəlib. O, bura yığışan aksiyaçıları sakitləşdirməyə çalışır.
Qeyd edək ki, Rusiya mətbuatı dekabrın 11-də Manej meydanında rus futbol azarkeşlərinin qanunsuz keçirdiyi aksiya və qafqazlılara, Orta Asiya əsilli insanlara hücumlara cavab olaraq Şimali Qafqaz əsilli şəxslərin bu gün Kiyev vağzalı qarşısındakı meydana toplaşacaqları barədə məlumat yayıb. Bu gün Moskvanın Kiyev vağzalı və “Yevropeysk” ticarət kompleksi arasındakı meydana xüsusi təyinatlı milis bölmələri gətirilib.
Xatırladaq ki, dekabrın 11-də Manej meydanında kütləvi qarşıdurma olub. Bir müddət əvvəl Kabardin-Balkar əsilli şəxsi tərəfindən öldürüldüyü bildirilən “Spartak” futbol klubunun azarkeşi Yeqor Sviridovun xatirəsinə həsr olunmuş aksiya etnik xarakter alıb. Aksiya iştirakçıları millətçi xarakterli şüarlar səsləndirib, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya gediblər. 40 nəfər, o cümlədən milis əməkdaşları yaralanıb. 7 nəfər xəstəxanada yerləşdirilib. 80 nəfər saxlanılıb, 10-dan çox cinayət işi açılıb.

535