Timoşenkoya cinayət işi açıldı
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Baş Prokurorluğunda dindirilən Timoşenko özü bildirib.
Keçmiş baş naziri Ukraynanın parnik qazlarının atmosferə atılması üçün kvotaların satılmasından əldə edilən vəsaiti düzgün xərcləməməkdə ittiham edirlər. İstintaq orqanları bildirirlər ki, həmin vəsait iqtisadi böhran zamanı pensiyaların verilməsinə xərclənib.
Timoşenko özü bütün ittihamları rədd edib: “Mütəxəssislər bir dəqiqə ərzində müəyyən edə bilərlər ki, “ekoloji” pullarla bağlı bir dənə belə ödəmə yoxdur. Pensiyalar ödənilib, amma “ekoloji” pullar hesabına yox”.
O, barəsində cinayət işinin başlanılmasını “müxalifətə qarşı terror” adlandırıb.
Baş Prokurorluqdan isə bildiriblər ki, keçmiş baş nazirə qarşı “Ağır nəticələrə səbəb olan səlahiyyət hədlərini aşma” maddəsi ilə cinayət işi qaldırılıb. Timoşenkodan ölkəni tərk etməmək barədə iltizam alınıb.

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49