Telman İsmayılovun işinə görə qanuni oğru istintaqa cəlb olundu
Lent.az-ın “news.life.ru” saytına istinadən verdiyi məlumata görə, istintaq noyabrın 24-də Moskva yolda baş verən olay zamanı “Aksyon”un Azərbaycan əsilli iş adamı Telman İsmayılovun oğlunu müşayiət edən avtomobildə olduğunu üzə çıxarıb.
Qeyd edək ki, “RİA Novosti” agentliyi noyabrın 24-də “Lexus” avtomobilinin sürücüsü Aleksey Smirnovun xüsusi siqnallı VİP-avtomobili müşahidə edən avtomobillərə yol vermədiyi və avtomobillərdəki mühafizəçilərin Aleksey Smirnovu döyüb, maşına da bir neçə zərbə endirdiyi barədə məlumat yayıb. Agentlik həmin şəxslərin Telman İsmayılovun mühafizəçiləri olduğunun güman edildiyini yazıb. “RİA Novosti” yazıb ki, hüquq-mühafizə orqanlarındakı mənbə həmin vaxt maşında Telman İsmayılov yox, onun oğlu olduğunu bildirib. Məsələ ilə bağlı cinayət işi açılıb. Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev xüsusi siqnalla Moskvada hərəkət edən və qalmaqal törədən “BMW” markalı avtomobilin kimə məxsus olduğunu araşdırmağı yol hərəkəti üzrə təhlükəsizlik departamentinin rəisi Viktor Kiryanova tapşırıb. Rəşid Nurqaliyev deyib ki, xüsusi siqnalla hərəkət edən avtomobillərin siyahısını Rusiya hökuməti müəyyənləşdirir və qanunsuz belə siqnallarla hərəkət edən avtomobillər olarsa, bu, cinayət məsuliyyətinə yol açır. Cinayət işi “məqsədli şəkildə mülkiyyəti məhv etmək, mülkiyyətə ziyan vurmaq” maddəsi ilə açılıb. Bu, 2 il azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Xatırladaq ki, AST şirkətlər qrupunun vitse-prezidenti, MDB-nin Dinlərarası Şurasının qəyyumluq komitəsinin həmsədri Abbas Abbasov az əvvəl AST şirkətlər qrupunun prezidenti Telman İsmayılovun özünün və ailəsinin noyabrın 24-də Moskvada yolda baş verən qalmaqala heç bir əlaqəsi olmadığını açıqlayıb. Baş nazirin sabiq müavini Abbas Abbasov deyib ki, nə AST şirkətlər qrupunda, nə də Telman İsmayılovun ailəsində xüsusi siqnallı avtomobillər yoxdur. AST şirkətlər qrupunun vitse-prezidenti şirkətin mühafizə avtomobillərinin də olmadığını bildirib.

756