Casus rus gözəli İngiltərə və NATO-da aləmi qatıb
06 dekabr 2010 14:25 (UTC +04:00)

Casus rus gözəli İngiltərə və NATO-da aləmi qatıb

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Böyük Britaniya parlamentinin müdafiə komitəsinin üzvü Mayk Henkokun katibəsi olan Rusiya vətəndaşı Katya Zatuliveterin agent olduğu bildirilir.

Rusiya ilə İngiltərə arasında son 60 ildə yaşanan ilk casus böhranının “qəhrəmanı” olan Zatuliveter Britaniyanın xüsusi xidmət orqanı olan “Mİ-5”-in diqqətini çəkib. Xüsusi xidmət orqanları əməkdaşları 25 yaşlı katibənin deputat Mayk Henkokla münasibətlərini və bəzi NATO zabitləri ilə intim əlaqələrini araşdırıblar. Bu araşdırmalar nəticəsində keçən həftə Katya Zatuliveter həbs edilib.

“Sunday Times” qəzetinin xəbərinə görə, hazırda Katya Zatuliveter London həbsxanalarının birində deportasiya olunmasını gözləyir.

Rus gözəlin katibəsi olduğu ingiltərəli deputatı da çətin suallar gözləyir. Çünki Mayk Henkok hər sahədə Rusiyanı müdafiə edən çıxışları və davranışları ilə tanınır. İngiltərə mətbuatı 64 yaşlı deputatı bu fikrə 25 yaşlı cazibədar katibəsinin yönləndirdiyini yazır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar