Qəzaya uğrayan təyyarə Azərbaycan yığmasının rəqibini daşıyıbmış - FOTO
Lent.az-ın “nieuwblad.be”yə istinadən verdiyi məlumata görə, bunu təyyarənin hadisə yerindəki fotolarda görünən identifikasiya nömrəsi də sübuta yetirir.
Belçika yığması Rusiya ilə yoldaşlıq görüşü keçirmək üçün Moskvadan Voronejə məhz bu təyyarədə uçub. Həmin vaxt hava nəqliyyatı vasitəsi oyun məkanına əlverişsiz hava şəraiti üzündən nəzərdə tutulan vaxtdan 18 saat gec çatıb. O zamanlar təyyarənin hər hansı probleminin olduğu barədə məlumat verilməyib.
Bundan 17 gün sonra RA-85744 nömrə nişanlı “Tu-154” təyyarəsi 3 mühərrikinin işləməməsi səbəbindən qəza enişi edib. “Vnukovo” hava limanından Mahaçqalaya uçan təyyarə az sonra “Domodedovo” hava limanına enməyə məcbur olub və bu zaman eniş-uçuş zolağından çıxıb. Nəticədə onun gövdəsi 2 yerə bölünüb. 2 nəfər ölüb, 80-dən çoxu yaralanıb.
Qeyd edək ki, Belçika yığması Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindəndir. Millimiz növbəti oyununu martın 29-da səfərdə məhz “qırmızı şeytanlar”a qarşı keçirəcək.

Oxşar yazılar

Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19