“Mercedes” velosipedçilərli vurdu: 7 ölü
06 dekabr 2010 10:39 (UTC +04:00)

“Mercedes” velosipedçilərli vurdu: 7 ölü

Bazar günü İtaliyanın Lametsiya Terme şəhərində həvəskar velosipedçilər faciə ilə üzləşiblər. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ənənəvi gəzintiyə çıxan velosipedçilər yolla gedərkən qarşısındakı avtomobili ötməyə çalışan “Mercedes” onların yolunun üzərinə çıxıb.

“Mercedes”in təkərləri altında qalan 7 velosipedçi yerindəcə keçinib. Ölənlər yaşları 35-58 arasında dəyişən kişilərdir. 4 velosipedçi, o cümlədən “Mercedes”in 21 yaşlı Mərakeş əsilli sürücüsü Şafik Elketani yaralanıb. Sürücü ilə birlikdə avtomobildə olan uşaq isə həyat üçün təhlükəli olmayan xəsarət alıb.

Araşdırma zamanı məlum olub ki, qəza törədən zaman “Mercedes”in sürücüsü narkotik vasitələrin təsiri altında olub. O, marixuana çəkibmiş.

Lametsiya Terme yol polisindən o da bildirilib ki, əslində bu sürücü 7 ay əvvəl səhv ötmə əməliyyatına görə sürücülük vəsiqəsindən məhrum edilib və bu avtomobili də qanunsuz olaraq idarə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar