İsraildə meşə yanğınlarını bu gün söndürmək mümkün olmadı
İsraildə Hayfa şəhəri ətrafında meşə yanğınları davam edir. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, quru və isti külək yanğının söndürülməsinə və yanğınsöndürənlərin işinə mane olur.
Yanğının söndürülməsinə 20-dən çox təyyarə və vertolyot cəlb olunub. İsrailin daxili işlər naziri Tsxak Aaronoviç deyib ki, yanğın ocaqlarının lokallaşdırılması sahəsində müəyyən uğurlar əldə olunsa da, böyük ehtimalla Karmel meşəsində yanğını yalnız sabah tamamilə söndürmək mümkün olacaq.
Qeyd edək ki, İsraildə meşə yanğınları dünən axşam saatlarında başlayıb və ən azı 40 nəfər həyatını itirib. 13 min insan Hayfa ətrafındakı yaşayış qəsəbələrindən evakuasiya edilib. İsrailin baş naziri Benyamin Netanyahu yanğının söndürülməsi üçün dünya dövlətlərindən yardım istəyib. Azərbaycan, İspaniya, Yunanıstan, Misir və Xorvatiya İsrailə yanğınsöndürən vertolyot və təyyarələr göndəriblər. Türkiyə də İsraillə 2 yanğınsöndürmə təyyarəsi göndərib.

659