Türkiyə İsrailə 2 yanğınsöndürmə təyyarəsi göndərir
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Fövqəladə Hallar Agentliyinin rəhbəri Mehmet Ersoy söyləyib.
Baş nazir Rəcəb Tayyib Ərdoğan artıq təyyarələrin göndərilməsi barədə əmri imzalayıb. Mehmet Ersoy deyib ki, təyyarələrin digər ölkələrdən keçəcəyi marşrut təsdiqləndikdən sonra İsrailə yola düşəcək. O, bunu humanitar yardım kimi xarakterizə edib.
Qeyd edək ki, bu ilin mayında İsrailin Qəzza sektoruna humanitar yardım aparan Azadlıq Karvanına hücumundan sonra Ankara və Təl-Əviv arasında münasibətlər kəskinləşib.

550